İntizam Komitəsinin iclası keçirildi
ESTAFET/ Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın XI turunun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;
“Keşlə” klubunun 25 nömrəli futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
XI turun “Sumqayıt” – “Qəbələ” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun VII turunun “Zaqatala” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir;
VII turun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində “Neftçi-2” klubunun 98 nömrəli futbolçusu Famil Camalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimələnir;
VII turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadə hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanır; klub 400 manat cərimə olunur.