ŞƏFFAF EKRANLARA ÜSTÜNLÜK VERİLƏCƏK - FORMULA 1

ESTAFET/ Dünən Parisdə (Fransa) Formula 1-in Strateji Qrup və Komissiyalarının görüşü keçirilib. Görüşdə bir sıra idman və texniki reqlamentlərə dəyişikliklər qəbul edilib. Diqqətçəkən məqamlardan biri, görüşdə daimi iştirakçılar və FIA (Beynəlxalq Avtomobil İdmanı Federasiyası) prezidenti Jan Todtdan əlavə, "Formula One Group"un yeni İcraçı Direktoru Çeyz Kerinin də iştirakı olub. Toplantı zaman qəbul edilmiş bir sıra mühüm qərarları təqdim edirik. 


  • Bundan sonra Strateji qrupun yığıncaqlarına komandaların nümayəndələri (formal olaraq, komandalar bu orqanın tərkibinə daxil deyillər) də dəvət olunacaqlar. Bu isə onlara müşahidəçi qismində yığıncaqlarda iştirak etmək hüququ verəcək. Bununla FIA və "Liberty Media" şəffaflıq kursu götürdüklərini göstərmək istəyirlər. 
  • 12-14 May tarixlərində keçiriləcək İspaniya Qran Prisindən etibarən idman reqlamentində yeni qayda - sürücülərin adlarının və nömrələrinin maşında daha yaxşı görünməsini tələb edən - qüvvəyə minəcək. 


Strateji qrup və Komissiyaların səs verdiyi 2018-ci ilin idman və texniki reqlamentinə edilən aşağıdakı bir sıra dəyişikliklər isə FIA-nın avtomobil idmanı üzrə Ümumdünya Şurasında təsdiq edilməlidir: 


  • Texniki reqlamentdə maşınların mühərrik qutularında T formalı qanadların quraşdırılmasının məhdudlaşdıran qayda olacaq. 
  • Mühərrik yağının mühərriklərin daxili yanma yanacağı qismində istifadə edilməsini qadağan edəcək tədbirlər görüləcək. Bundan əlavə, həftəsonu yürüşləri boyunca güc qurğularında konkret spesifikasiyalı bir mühərrik yağından istifadə ediləcək. 
  • "Pirelli"yə 2018-ci il mövsümü üçün müəyyən edilmiş yağış şinlərinin tərkibini işləməyə icazə veriləcək.  
  • Əgər yürüşün gedişi qırmızı bayraqla dayandırılacaqsa, restart dayandırılan yerdən veriləcək. 


Pilotun başının ön tərəfdən mümkün təhlükəyə qarşı müdafisəinin səmərəliliyinin artırılması yönündə uyğun texniki qərarın alınması zamanı bir çox təkliflər səsləndirilib. Nəticədə şəffaf ekranlardan istifadə sisteminin cəlb edilməsinə üstünlük verilib. 2018-ci il mövsümündə bu sistemlərin tətbiq edilməsi üçün, FIA artıq bu mövsüm boyunca bu sistemləri test edəcək.