Dibalaya 3 illik müqavilə təklifi

ESTAFET/ İtaliyanın “Yuventus” klubu hücumçusu Paulo Dibala ilə yeni müqavilə bağlamaqda israrlıdır. Turin təmsilçisi argentinalı forvardla danışıqları davam etdirir.

Bir müddət əvvəl tərəflər ortaq məxrəcə gəlmədiyindən, danışıqlar dondurulmuşdu. “Qoca sinyora” artıq Dibalaya illik 10 milyon avro maaş olmaqla 2025-ci ilin yayına qədər saziş təklif edib. Bonuslar da nəzərə alınmaqla məbləğ 12 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. O, cari mövsüm A seriyasında keçirdiyi 8 oyunda 1 qol vurub.

Müəllif: Orxan NOVRUZOV