Millimizin "Doha Masters"də iştirak edəcək heyəti
ESTAFET/ Cüdo üzrə “Doha Masters” turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib. Millimiz 2021-ci ilin ilk sınağına 9 idmançı ilə yollanacaq.
Qətərdə tatamı üzərinə 6 kişi və 3 qadın cüdoçumuz çıxacaq. Nicat Şıxəlizadə və Orxan Səfərov 66 kq, Məmmədəli Mehdiyev 90 kq, Elmar Qasımovla Zelim Kotsoyev 100 kq, Uşanqi Kokauri +100 kq çəki dərəcəsində mübarizə aparacaq. Qadınların yarışında Aişə Qurbanlı və Leyla Əliyeva 48 kq, İrina Kindzerska +78 kq çəkidə mükafatlar uğrunda yarışacaq.
Qeyd edək ki, yanvarın 11-13-də keçiriləcək yarışda 65 ölkədən ümumilikdə 330 (188 kişi, 142 qadın) cüdoçu qüvvəsini sınayacaq.