“Neftçi” ilə “Kəpəz” üzərində qələbə ilə başladı

ESTAFET/ Mövsümün ikinci hissəsinə hazırlaşan “Neftçi” bu gün yoxlama oyunu keçirib. Azərbaycan Premyer Liqasının lideri “Kəpəz”lə üz-üzə gəlib.

Samir Abasov I divizion təmsilçisi ilə görüşün start heyətində Aqil Məmmədov, Rener Alves De Souza, Voislav Stankoviç, Emin Mahmudov (K), Bruno Teluşi, Mert Çelik, Mirabdulla Abbasov, Vüsal Əsgərov, Elton Əlibəyli, Emin Zamanov və Tallison Diasa şans verib. Qarşılaşmanın gedişində Kamran İbrahimov, Səlahət Ağayev, Mamadu Kane, Mamadu Mbodj, Anton Krivotsyuk, Namik Ələskərov, Saman Nərimancahan, Fəhmin Muradbəyli, Ömər Buludov, Seymur Əliyev, Asim Əlizadə və İsmayıl Zülfüqarlı da meydana daxil olublar.

Matçda hesabı Namiq Ələsgərov açıb. Premyer Liqanın bombardiri 78-ci dəqiqədə fərqlənib. Bu qol paytaxt təmsilçisinə minimalhesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Neftçi” yanvarın 14-də keçirəcəyi ikinci yoxlama oyununda “Keşlə” ilə üz-üzə gələcək. (apasport.az)

Yoxlama oyunu
10 yanvar 2021
15:00. "Neftçi" - "Kəpəz" - 1:0

Qol: Namiq Ələsgərov, 78
"Türk Hava Yolları Futbol Mərkəzi”nin stadionu

Müəllif: Natiq NƏSİROV