Bakı Dünya Kubokuna ev sahibliyi edəcək

ESTAFET/ Beynəlxalq Atıcılıq Federasiyası (ISSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib. Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.

Qeyd edək ki, Bakı və Qəbələ dəfələrlə Dünya Kuboku yarışlarına ev sahibi olub.

Müəllif: Orxan NOVRUZOV