Yunan-Roma güləşçilərimizin "Qran-pri" üçün heyəti

ESTAFET/ Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan "Qran-pri" turniri davam edir. Sabah - yarışın son günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.

Müəllif: Natiq NƏSİROV