Çexiya Dünya çempionatına buraxılmadı
ESTAFET/ Kişi həndbolçulardan ibarət Çexiya milli komandası dünya çempionatında iştirak etməyəcək. Buna səbəb koronavirus pandemiyasıdır.
Bir neçə oyunçusunun testi müsbət nəticələnən Çexiya yığması yanvarın 13-31-də Misirdə təşkil olunacaq mundiala buraxılmayıb. Əsasnaməyə görə onları Avropa çempionatında 15-ci olan Şimali Makedoniya əvəzləyəcək.
Qeyd edək ki, balkanlılar mundialda G qrupunda İsveç, Çili və Misirlə mübarizə aparacaq.