Avropa Liqasında oyunun vaxtı dəyişdirilə bilər

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “Benfika” ilə “Arsenal” arasında ilk oyununun yeri dəyişdirilə bilər. Bunu İngiltərə təmsilçisi istəyir.

London klubu Portuqaliyadakı görüşün neytral meydanda təşkil olunması ilə bağlı danışıqlara başlayıb. “Topçular” Böyük Britaniya hökumətinin Portuqaliyaya uçuşa koronavirus pandemiyası üzündən icazə verməyəcəyindən ehtiyatlanır. Lakin “Benfika” ev oyununun Lissabonda təşkilində israrlıdır.

Qeyd edək ki, ilk oyun fevralın 18-də, cavab görüşü 25-də baş tutacaq.

Müəllif: Natiq NƏSİROV