“Real” Ramosu da itirdi
ESTAFET/ İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos əməliyyat olunacaq. Ulduz futbolçu tezliklə dizindəki zədə ilə bağlı cərrah bıçağı altına uzanacaq.
Mövsümün əvvəlindən bəri ağrıları olan 35 yaşlı müdafiəçi əməliyyat olunmaq qərarına gəlib. Futbolçunun apreldən tez kollektivə dönüşü gözlənilmir. “Kral klubu” bu yaxınlarda digər aparıcı oyunçusu Eden Azarı da itirib.
Qeyd edək ki, cari mövsüm La Liqada 14 oyunda iştirak edən Serxio Ramosun mövsümün sonunda Fransa klubu PSJ-yə transferi gözlənilir.