Di Mariya “Barselona” ilə oynamayacaq

ESTAFET/ Fransanın PSJ klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa itki ilə çıxacaq. Anxel di Mariya “Barselona” ilə qarşılaşmada parislilərə kömək etməyəcək.

Buna səbəb yarımmüdafiəçinin zədəli olmasıdır. Anxelin meydana çıxa bilməyəcəyini baş məşqçi Maurisio Poçettino da təsdiqləyib.

Qeyd edək ki, “Barselona” – PSJ matçı fevralın 16-da keçiriləcək.

Müəllif: Natiq NƏSİROV