İLK GÜNƏ 2 QIZIL, 1 GÜMÜŞ: AÇ-2017
ESTAFET/ Bu gün Serbiyanın Novı Sad şəhərində Sərbəst, Qadın və Yunan-Roma güləşi üzrə növbəti Avropa çempionatı start götürür. Azərbaycan yığması çempionatda tam heyətlə (qadın güləşində ən ağır çəki dərəcəsi - 75 kq istisna olmaqla) təmsil olunur və əsas favoritlərindən biridir.
Çempionatın ilk günündə sərbəst üsulda güləşənlər (kişilərdə 57 və 86 kq, qadınlarda isə 48 və 63 kq çəki dərəcələri) döşək üzərində qitənin ən güclüsü adı uğrunda mübarizəyə qoşulublar. Azərbaycan güləşçiləri çempionatın ilk günündə 2 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizin rəqibləri və nəticələrini təqdim edirik.
Kişilər
57 kq: Giorgi Edişeraşvili - Qızıl medal
1/8 final: Giorgi Edişeraşvili - Dimçuk Rinçinov (BLR) 10:0
1/4 final: Giorgi Edişeraşvili - Zoheyr El-Quaraj (FRA) 10:3
Yarımfinal: Giorgi Edişeraşvili - Zavur Uquyev (RUS) 5:1
Final: Giorgi Edişeraşvili - Andrey Dukov (ROU) 9:0
86 kq: Aleksandr Qostiyev - Gümüş medal
1/8 final: Aleksandr Qostiyev - Zbiqnev Baranovski (POL) 3:1
1/4 final: Aleksandr Qostiyev - Vahe Tamrazyan (ARM) 5:3
Yarımfinal: Aleksandr Qostiyev - Selim Yaşar (TUR) 3:2
Final: Aleksandr Qostiyev - Dauren Kuruqliyev (RUS) 0:6
Qadınlar
48 kq: Mariya Stadnik - Qızıl medal
1/8 final: Mariya Stadnik - Anna Lukasyak (POL) 10:0
1/4 final: Mariya Stadnik - Evin Demirhan (TUR) 14:1
Yarımfinal: Mariya Stadnik - Emiliya Vuk (ROU) 10:0
Final: Mariya Stadnik - İlona Semkiv (UKR) 10:0
63 kq: Elmira Qəmbərova
1/8 final: Elmira Qəmbərova - Hanna Yohansson (SWE) 4:0 tuşe
1/4 final: Elmira Qəmbərova - İnna Trajukova (RUS) 2:8