Bekhem Ronaldonu istəyir
ESTAFET/ İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonu heyətində görmək istəyən komandalardan biri məlum olub.
A seriyası təmsilçisinin yayda satmaq niyyətinə düşdüyü portuqaliyalı hücumçu karyerasını ABŞ-da davam etdirə bilər.
MLS təmsilçisi “İnter Mayami” yayda forvardı heyətinə qatmaq fikrindədir. Əfsanəvi futbolçu Devid Bekhemin sahibi olduğu klub artıq Ronaldo ilə bağlı təmasa keçib.
36 yaşlı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Onun ildə 31 milyon avro qazanması “Yuventus”un da satışda maraqlı olmasına əsas verir.
Qeyd edək ki, Ronaldo cari mövsüm 32 oyunda 27 qol vurub. (apasport.az)