"Ferrari motoru güclənib": Raykkonen
ESTAFET/ "Alfa Romeo" komandasının sürücüsü Kimi Raykkonen bildirib ki, Ferrari motoru keçən ilə nisbətən inkişaf edib. Ferrari motorları keçən il bütün rəqiblərindən geridə qalmış və bundan həm Ferrari, həm də müştəri komandaları təsirlənmişdi.
Lakin Ferrari bu il yepyeni mühərrik düzəldib və indiyə kimi olan təəssüratlar müsbət yöndədir.
Kimi Raykkonen: “Bəli, inkişaf etmişik. Güc qurğusu daha yaxşıdır, ancaq rəqiblərimiz də boş dayanmayıb. Keçənilkinə nisbətən yaxşıyıq. Real gücümüzü bilmək üçün mövsümün başlamasını gözləməliyik. Hələ ilk günlərdə olsaq da, hər şey qaydasındadır”. (f-1.az)