Xəlilov qardaşları Rusiyada medal qoymadı

ESTAFET/ Azərbaycanlı idman gimnastları – Əli və Hüseyn Xəlilov qardaşları növbəti uğurlarını qazanıblar.
Qardaşların hər biri Rusiyanın Kemerovo şəhərində Sibir regionu üzrə keçirilən “Kuzzbaskaya vesna” yarışında dörd medal qazanıb.
Böyük qardaş Əli çoxnövçülükdə gümüş, komanda yarışında bürünc, dəstəli at və gimnastika tirində qızıl medallara yiyələnib.
Kiçik qardaş Hüseyn isə çoxnövçülükdə, xalça üzərində sərbəst hərəkətlərdə, gimnastika tirində və paralel qollarda gümüş medal qazanıb.
Qeyd edək ki, bu yarışda Azərbaycandan yalnız Xəlilov qardaşları iştirak edib. (oxu.az)
