DÇ seçmələrində 28 ildir uduzmur

ESTAFET/ İspaniya millisi dünya çempionatlarının seçmə oyunlarında iki rekorda imza atıb. Gürcüstana 2:1 hesabı ilə qalib gələn pireneylilər məğlubiyyətsiz oyunlar seriyasını 65-ə çatdırıb.

Luis Enrikenin yetirmələri bununla da öz rekordunu yeniləyiblər. Bu matçlarda ispaniyalılar 51 qələbə qazanıb və 14 heç-heçə edib. Bu seriya 1993-cü ildə başlayıb. 28 il öncə martda keçirilən qarşılaşmada İspaniya millisi sonuncu dəfə Danimarkaya uduzub – 0:1.

Pireneylilər həm də son 37 oyunda meydanı qolsuz tərk etməyib. Bu da dünya çempionatlarının seçmə mərhələlərində yeni rekorddur. İspaniya Almaniyanın göstəricisini arxada qoyub. Bundestim 1934-85-ci illərdə 36 matçda qol vurmağı bacarıb. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV