DÇ HAZIRLIQLARI ÜÇÜN BURQAS REQATTASI
ESTAFET/ Azərbaycan Yelkənli İdman Federasiyasından (SFA) redaksiyamıza verilən məlumata əsasən, yelkənçilərimiz daha bir önəmli beynəlxalq yarışda iştirak etməyə hazırlaşırlar.
Belə ki, Burcu Algon Giorgianninin rəhbərliyi və "Optimist" sinfi üzrə baş məşqçi Seyhun Yıldızın iştirakı ilə SFA-nın 4 optimist yelkənçisi 27 Aprel - 01 May tarixlərində Bolqarıstanda Burqas Yelkən həftəsi çərçivəsində keçiriləcək “Regatta Port Bourgas” yarışında güclərini sınayacaqlar.
Beynəlxalq reqattada ölkəmizi Murad Allahverdi, Rafiq Orucov, Kristina Kərimova və Murad Hacızadə təmsil edəcək.
Qeyd edək ki, bu yarış həm də “Optimist” üzrə Dünya Çempionatı öncəsi keçirilən sınaq yarışlarından ibarət olacaqdır.