Bayılda qolsuz bərabərlik: APL - 2020/21

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tur start götürüb. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə “Səbail” – “Zirə” görüşü ilə başa çatıb.
Günün yeganə qarşılaşması Bakıdakı “ASCO Arena”da keçirilib. Görüş qolsuz sülhlə başa çatıb. Bununla da qələbəsiz oyunlar seriyası “Səbail”də 5, “Zirə”də 4 matça çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq. “Sabah” “Qəbələ”ni, “Keşlə” “Qarabağ”ı, “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXI tur
3 aprel 2021
17:30. “Səbail” – “Zirə” 0:0
Baş hakim: Elçin Məsiyev
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 11. Klesio Bauk, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“ASCO Arena”
