Türkiyə Super Liqasının ən məhsuldar oyunçuları

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. 1959-cu ildən keçirilən yarışın 62 illik tarixinin ən məhsuldar oyunçusu Hakan Şükürdür.

O, ölkə çempionatında 249 qol vurub. Bunun üçün forvarda 489 oyuna çıxmaq lazım gəlib. 

İkinci sırada olan Tanju Çolak cəmi 9 top geri qalır. İlk “üçlüy”ü Hami Mandıralı qapayır. Lakin Tanjunun orta məhsuldarlığı daha yüksəkdir. O, hər matça 0,85 dəfə fərqlənib.

1. Hakan Şükür - 249
2. Tanju Çolak - 240
3. Hami Mandıralı - 219
4. Metin Oktay - 217
5. Aykut Kocaman - 200
6. Feyyaz Uçar - 191
7. Burak Yılmaz - 188
8. Serkan Aykut - 188
9. Umut Bulut - 163
10. Fevzi Zemzem - 146

Müəllif: Orxan NOVRUZOV