Prezident Olimpiya devizini dəyişməyi təklif edir

ESTAFET/ Olimpiya Oyunlarının devizi dəyişdirilə bilər. Bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax təklif edib.
O, məşhur “Sürətli, yüksək, güclü” devizinə əlavənin edilməsi zəruri sayır. Bax bu ifadəyə “birlikdə” sözünün də əlavə olunması təklifini irəli sürüb.
“Sürətli, yüksək, güclü – birlikdə” devizinin qəbul olunması isə BOK üzvlərindən asılıdır. Yekun qərar üç aydan sonra Yaponiyanın paytaxtı Tokioda keçiriləcək sessiyada veriləcək.
