Bundesliqa klubu baş məşqçisini dəyişdi

ESTAFET/ Almaniyanın “Auqsburq” klubunda baş məşqçi dəyişikliyi olub. Bundesliqa təmsilçisi Hayko Herrlixi istefaya göndərib.

Klub rəhbərliyi bu posta Markus Vaynsirli gətirib. Yeni baş məşqçi ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki. “Auqsburq” 31 turdan sonra Bundesliqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Müəllif: Orxan NOVRUZOV