B Seriyasına düşəcək ilk klub bəlli oldu

ESTAFET/ Mövsümün sonunda futbol üzrə İtaliya A seriyasını tərk edəcək ilk klub müəyyənləşib. 34-cü turda evdə "İnter"ə 0:2 hesabı ilə uduzan "Krotone"nin B seriyasına düşəcəyi dəqiqləşib. Komanda 18 xalla 20-ci sırada qərarlaşıb.
 
Qeyd edək ki, "Krotone" ötən mövsüm A Seriyasına yüksəlmişdi.

Müəllif: Orxan NOVRUZOV