Mustafa Cengiz prezidentliyə namizəd olmayacaq

ESTAFET/ “Qalatasaray” klubunun başqanı Mustafa Cengiz növbəti seçkilərdə başqanlığa namizəd olmayacağını açıqlayıb.

Cengiz növbədənkənar prezident seçkilərində namizəd olmamaq barədə qərar verdiyini bəyan edib.

Qeyd edək ki, “Qalatasaray”da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.

Müəllif: Orxan NOVRUZOV