CÜDO FEDERASİYASINDAN TƏQDİRƏLAYİQ ADDIM
ESTAFET/ Azərbaycan Cüdo Federasiyası paytaxt və bölgələrdə cüdonun inkişafı üçün var gücü ilə çalışmaqdadır. Son vaxtlar müxtəlif rayonlarda yeni cüdo zallarının açılması, idmançıların idman geyimləri ilə təmin olunması bunun əyani sübutudur.
Bu gün Azərbaycan Cüdo Federasiyasının nümayəndələri Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində olublar və bu quruma idman geyimləri təqdim olunub. Bundan başqa federasiya tərəfindən cəmiyyətə yeni tatamilər də verilib.
DİN-in İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova göstərilən qayğıya görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə öz minnətdarlığını bildirib.