Bir mövsümdə ən çox matçda qol buraxmayanlar

ESTAFET/ “Çelsi”nin qapıçısı Eduard Mendi etibarlı çıxışı ilə bu mövüsüm komandasının Çempionlar Liqasının (ÇL) finalına qədər irəliləməsində böyük rol oynayıb.

80 milyon avroluq transfer Kepa Arrizabalaqanı ehtiyata göndərən seneqallı qolkiper ÇL-də meydana çıxdığı 11 matçın 8-də qapısının toxunulmazlığını qorumağı bacarıb.

Mendi final qarşılaşmasında da qol buraxmasa, Çempionlar Liqasının bir mövsümündə ən çox görüşü quru hesabla tamamlayan 4 qapıçıdan biri kimi tarixə düşəcək.

ÇL-də bir mövsümdə rəqib oyunçularına ən çox keçid verməyən qolkiperlər bunlardır:

1-3. Keylor Navas (“Real”) - 9 oyun
1-3. Santyaqo Kanizares (“Valensiya”) – 9
1-3. Sebastiano Rossi (“Milan”) – 9
4-9. Canluici Buffon (“Yuventus”) – 8
4-9. Viktor Valdes (“Barselona”) – 8
4-9. Dida (“Milan”) – 8
4-9. Oliver Kan (“Bavariya”) – 8
4-9. Van der Sar (“Ayaks”) – 8 (2 dəfə) 
4-9. Eduard Mendi (“Çelsi”) - 8

Müəllif: Natiq NƏSİROV