“Davam etmək istəyiriksə, qarşıya böyük hədəflər qoymalıyıq”: Honda
ESTAFET/ “Neftçi”də davam edib-etməyəcəyimi dəqiqləşdirməmişəm”. Bunu “Neftçi”nin yarımmüdafiəçisi Keysuke Honda ölkəsi Yaponiya mətbuatına açıqlamasında bildirib.
Paytaxt klubu ilə Premyer Liqanın çempionu olan ulduz futbolçu başa çatan müqaviləsinin yenilənib-yenilənməyəcəyinə aydınlıq gətirmədiyini söyləyib. O, rəhbərliklə görüşdən sonra qərarını qətiləşdirəcəyini deyib: “Davam etmək istəyiriksə, qarşıya böyük hədəflər qoymalıyıq. Bu məsələyə çox diqqət yetirəcəyəm. Düşünmək lazımdır”.
Qeyd edək ki, Keysuke Honda “Neftçi”yə martda keçib.