İdman zallarının açılacağı tarix və şərtlər bəlli oldu

ESTAFET/ İyunun 10-dan idman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.
O bildirib ki, COVİD-19 pasportu olmayan, vaksin olunmayan insanlar hələlik zallara buraxılmayacaq: “COVİD-19 pasportu olan şəxslər idman sağlamlıq mərkəzlərinə buraxılacaq. Bu pasportun tətbiqi ilkin mərhələdə yalnız idman sağlamlıq mərkəzlərində olacaq”.
