Əliyar Ağayev Türkiyə millisinin oyununda
ESTAFET/ Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb. Təmsilçimiz Türkiyə yığmasının matçını idarə edəcək.
Ağayev qardaş ölkə təmsilçisinin Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Bu görüş mayın 31-də keçiriləcək. Oyun Türkiyənin Antalya şəhərində baş tutacaq.