Daha bir dünya ulduzu Türkiyə Super Liqasına transfer olunur
ESTAFET/ Transfer mövsümünə fəal başlayan "Trabzonspor" heyətinə ulduz futbolçu qatır. Hücum xəttinə Gervinyo və müdafiəyə Bruno Peresi transfer edən Qara dəniz klubu yarımmüdafiə xəttinə də yeni oyunçu cəlb etmək niyyətindədi.
Türkiyə mediasının məlumatına görə, menecerləri Marek Hamşiki "Trabzonspor"a təklif edib. Bu təklifə müsbət yanaşan klub rəhbərliyi artıq slovak oyunçu ilə daşınıqlara başlayıb. Keçidin yaxın günlərdə reallaşacağı deyilir.
Qeyd edək ki, Marek Hamşik karyerasına vətənində - "Slovan"da başlayıb. Daha sonra İtaliyada "Breşiya" və "Naroli" forması geyinən slovak yarımmüdafiəçi 2019-cu ildə 20 milyon avroya Çinin "Dalian" klubuna transfer olunub. Bu ilin əvvəlindən sonra İsveçin "Goteborq" klubunda top qovub.
33 yaşlı futbolçu "Napoli" ilə iki dəfə İtaliya Kubokunu (2011/12, 2013/14) və bir dəfə Super Kubokunu (2014) qazanıb.
2007-ci ildən Slovakiya millisinə çağırılan futbolçu 120 oyunda 25 qol vurub.