Azərbaycan Qran-prisinin proqramı - Formula 1
ESTAFET/ Formula 1 üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb. İyunun 4-də start götürəcək mövsümün 6-cı mərhələsi Formula 2 pilotlarının yarışı ilə başlayacaq.
Onlar sərbəst yürüşə saat 10:25-də çıxacaqlar. Həmin gün Formula1 komandalarının da sərbəst yürüşləri olacaq. İyunun 4-də Formula 2-də sıralama yarışı da nəzərdə tutulub.
Ertəsi gün Formula 2 pilotlarının mübarizəsi sprint yarışları ilə davam edəcək. Həmçinin Formula 1-də sıralama yarışı də təşkil olunacaq.
Azərbaycan Qran-prisi iyunun 6-da keçiriləcək. Günün ilk yarısında Formula 2-də mükafatçılar dəqiqləşəcək. Daha sonra Formula 1 pilotlarının təqdimatı olacaq və Dövlət Himnimiz səslənəcək. Saat 16:00-da əsas mərhələ başlayacaq. 2 saatın yekununda Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.
4 iyun 2021
Formula 2
Saat. 10:25-11:10 - Sərbəst yürüş
Formula 1
Saat. 12:30-13:30 - Birinci sərbəst yürüş
Formula 2
Saat. 14:30-15:00 – Sıralama yarışı
Formula 1
Saat. 16:00-17:00 - İkinci sərbəst yürüş
5 iyun 2021
Formula 2
Saat. 11:25-12:15 – Sprint yarışı
Formula 1
Saat. 13:00-14:00 - Üçüncü sərbəst yürüş
Formula 1
Saat. 16:00-17:00 - Sıralama turu
Formula 2
Saat. 17:40-18:30 – Sprint yarışı
6 iyun 2021
Formula 2
Saat. 12:45-13:50 - Yarış
Formula 1
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Azərbaycan Qran-prisi