FIFA PSJ-ni cəzalandırdı

ESTAFET/ FIFA PSJ klubunu cəzalandırıb. Ali futbol qurumu Fransa təmsilçisinə pul cəriməsi kəsib.

Buna səbəb hücumçu Mauro İkardinin transferi zamanı qanunsuzluğa yol verilməsidir. PSJ-nin argentinalı forvardı “İnter”dən alarkən transfer qaydalarını pozduğunu sübuta yetirən FIFA klubu 9 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, Mauro İkardi ötən il birdəfəlik transfer edilib.

Müəllif: Orxan NOVRUZOV