Ramazanovun taleyi bu həftə müəyyənləşə bilər

ESTAFET/ “Zirə”nin kapitanı Ağabala Ramazanovun gələcək taleyi qeyri-müəyyən olaraq qalır. 28 yaşlı hücumçu klubundan artıq yeni müqavilə təklifi alıb.
Bunu futbolçunun özü deyib. O, eyni zamanda ölkə xaricindən də təkliflərinin olduğunu, yekun qərarını yaxın günlərdə verəcəyini söyləyib: “Rəhbərlikdən yeni müqavilə təklifi almışam. Bakıda olmadığım üçün danışıq apara bilmirdik. Artıq gəlmişəm, yəqin ki, bu həftə söhbətimiz olacaq. Düzdür, ölkə xaricindən təkliflər var. Ancaq mən ilk növbədə “Zirə”yə üstünlük verəcəyəm. Rəhbərliklə görüşdən sonra qərarım bəlli olacaq”.
Qeyd edək ki, Ağabala Ramazanov “Zirə”yə ötən ilin yanvarında “Səbail”dən keçib. O, ötən mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 6 qol vurub. (apasport.az)
