Verratti PSJ-ni Qətər klubuna dəyişir

ESTAFET/ PSJ-nin yarımmüdafiəçisi Marko Verratti 50 milyon avroya Qətərin “Əl-Ərəbi” klubuna keçəcək.

Xarici KİV-in məlumatına görə, müqavilə tamamlanıb.

30 yaşlı italiyalı futbolçunun 30 milyon avro maaşla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Verratti 2012-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm o, heç bir matçda iştirak etməyib.

Müəllif: Orxan NOVRUZOV