“Barselona” “Çelsi”nin yarımmüdafiəçisi ilə maraqlanır

ESTAFET/ “Çelsi”nin futbolçusu Karni Çukvuemeka “Barselona”nın maraq dairəsindədir.

20 yaşlı yarımmüdafiəçi “zadəganlar”ın heyətində yer almayıb, ona görə də qışda yəqin ki, Londonu tərk edəcək.

“Barselona” artıq yanvar ayında, transfer pəncərəsi açılanda ingilis futbolçunu transfer etmək imkanlarını araşdırır.

Vurğulanır ki, “Milan” Çukvuemekaya iddialıdır.

Əlavə edək ki, yayda Çukvuemekanın adı “Barselona” ilə hələ ötən yay hallanırdı, amma o vaxt məsələ icraatına çatmamışdı.

Müəllif: Orxan NOVRUZOV