UEFA Latviya – Uels oyununu azərbaycanlı hakimlərə tapşırdı

ESTAFET/ FIFA referisi Rauf Cabarov təyinat alıb.

O, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də keçiriləcək Latviya – Uels qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Müəllif: Orxan NOVRUZOV