Boksçularımız DÇ-də medalsız qaldılar

ESTAFET/ Rusiyanın Yekaterinburq şəhərində boks üzrə keçirilən dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri yekunlaşıb. Yarımfinala gedən yolda Azərbaycan millisinin 2 üzvü mübarizə aparıb.

Boksçumuz Dominqes Alfonso (81 kq) 1/4 finalda özbəkistanlı Dilşodbek Ruzmetovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqib 3:2 hesabı ilə qələbə qazanıb.

+91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də medalın bir addımlığında büdrəyib. Avstraliyalı Justis Huni ilə gücünü yoxlayan idmançı 0:5 hesabı ilə məğlub olub.