Millimiz Kolumbiya ilə qarşılaşa bilər

ESTAFET/ AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və vitse-prezidenti Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb.

Tədbir assosiasiyanın inzibati binasında baş tutub.

İki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq və bunun perspektivləri müzakirə olunub. Adıçəkilən ölkələrin gənclərdən ibarət komandaları arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi də aparılıb.

Müəllif: Məsim MƏSİMZADƏ