Shanghai International Circuit - Beynəlxalq Şanxay Halqası

ESTAFET/ Formula 1 üzrə Çin Qran Prisi 2004-cü ildən etibarən Şanxay şəhərində yerləşən Beynəlxalq Şanxay Halqasında keçirilir.   

Halqa, məşhur arxitektor Qerman Tilke tərəfindən layihələşdirilib və 2004-cü ildə ilk Çin Qran Prisi üçün tikilmişdir. Layihənin özəlliyi ondan ibarətdir ki, halqa quruluşuna görə Şanxay sözünün ilk ieroqlifini - xatırladır. Bu ieroqlif həmçinin "yüksəliş", "uca" anlamında da işlənir. 

 

Treki qısa olaraq yaxından tanıyaq:

Yerləşdiyi məkan: Şanxay, Çin

Saat qurşağı: GMT +8

İlk yarış: 2004-cü il

Döngələr: 16

Dövrə sayı: 56

Dövrə uzunluğu:  5.451 km

Ümumi məsafə:  305.066 km

Dövrə rekordu: 1.31:678 (Lyuis Hemilton, 2017)

Keçirilən Qran Pri sayı: 14

Ünvan: Zhongshanng Yolu 28 (Cənub), 200010 Şanxay, Çin. "Jiushi Towers" 29/F

 

Müəllif: Natiq NƏSİROV