“GÖZƏL ATLAR DİYARI” - YUNAN DİLİNDƏN TƏRCÜMƏDƏ ANLAMI BELƏDİR

Kapadokya Kiçik Asiyanın şərqində, indiki Türkiyə ərazisində yerləşən qədim əntiq dövrlərdən indiyədək öz adını qoruyub saxlamış bir ərazidir. Yunan dilindən tərcümədə “Gözəl atlar diyarı” anlamını daşıyır. UNESCO Dünya İrsi siyahısına daxil olan Görəmə Milli Parkı və Yeraltı Şəhər Kapadokyanı məşhur edən ərazilərdir. Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən bu ərazinin tarixi eramızdan əvvəlki dövrdən etibarən başlayır. Bura ilkin xristianlığın yayıldığı ərazilərdən biridir.


Kapadokya xüsusilə özünəməxsus bir təbiətə və geologiyaya məxsusdur. Burada tarix boyu baş vermiş vulkanlar və eroziyalar nəticəsində “daş göbələklər” və ya türkcə “Pəri bacaları” əmələ gəlmişdir ki, bu da Kapadokyanı digər ərazilərdən xüsusi olaraq fərqləndirir.


Bu günlərdə Kapadokiyaya səhayət etmiş estafet.az saytının əməkdaşı Ramil İskəndərovun sözlərinə görə həmin əraziyə ən yaxın hava limanı olan şəhər Nevşehirdir. "Bakıdan İstanbula və oradan da Nevşehirə uçmaq həm rahat, həm də ucuzdur. Mən Kapadokiyanın mərkəzi sayılan Görəmə qəsəbəsində qalırdım və oradan Ürgüp, Kaymaklı, Avanos və digər Kapadokiya ərazilərinə səfərlər edirdim".


Ramil İskəndərovun dediyinə görə Kapadokiyada nə Rusiya, nə Azərbaycan, nə də digər qonşu Keçmiş Sovet respublikalardan heç kimə rast gəlməyib.


Bu vaxtadək dünyanın 36 ölkəsini gəzən Ramil, bu dəfə səfərin olduqca maraqlı olduğunu və video çəkilişlərlə təqdim edirik.

 

Videolar aşağıdakı linklərdədir: 

 

Salkım Təpəsi: www.youtube.com/watch?v=EAq0nZVpzTw

Kaymaklı Yeraltı Şəhər 1: www.youtube.com/watch?v=C8c1XDuXPbk

Ürgüp Təmənni Təpəsi 2: www.youtube.com/watch?v=-ASEgvyLLOc

Ürgüp Təmənni Təpəsi 1: www.youtube.com/watch?v=60ePjGVVuD8

Ürgüp Təmənni Təpəsi 3: www.youtube.com/watch?v=6gS8dXQy7ao

Kaymaklı Yeraltı Şəhər 2: www.youtube.com/watch?v=zYEd3vMVOOg

Kaymakli Kilse: www.youtube.com/watch?v=Er2NkfJIBM4

Kaymaklı Yeraltı Anbar:  www.youtube.com/watch?v=LcdRYT_aMzU

Hava şarları və digər əyləncə vasitələri: www.youtube.com/watch?v=5BqbyZGRPbs

Goreme view, Cappadocia: https://www.youtube.com/watch?v=fLxvab7cEto

Açıq Muzey 1: www.youtube.com/watch?v=t20LedEggGY

Açıq muzey 2: https://www.youtube.com/watch?v=KjXHkdoOfY0

Korkundere: www.youtube.com/watch?v=MGHbJ_PpyFg