UEFA Superkubokun keçiriləcəyi məkanı açıqladı

ESTAFET/ Futbol üzrə UEFA Superkubokunun keçiriləcəyi yer müəyyənləşib. Qitə futbol qurumu qarşılaşmanın Şimali İrlandiyada təşkilinə qərar verib.

Şimali İrlandiya Futbol Federasiyası “Çelsi” ilə “Vilyarreal” arasındakı görüşün avqustun 11-də Belfastda keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasını, “Vilyarreal” isə Avropa Liqasını qazanmaqla UEFA Superkubokunda iştirak hüququna yiyələnib.

Müəllif: Bəhruz MƏMMƏDOV