"Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisində sıralama turunun qalibi Maks Ferstappen oldu

"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin sıralama turunda ən sürətli pilot müəyyənləşib. "Red Bull" komandasının sürücüsü Maks Ferstappen birinci nəticə ilə çıxış edərək pole-pozisiyanı təmin edib.

"McLaren" təmsilçisi Oskar Piastri ikinci, "Mercedes" pilotu Corc Rassel isə üçüncü yeri tutub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qran-prisində əsas yarış aprelin 20-də keçiriləcək. "Formula 1"in Bakı mərhələsi isə sentyabrın 19–21-də baş tutacaq.

Müəllif: Natiq NƏSİROV