Türkiyədən ilk, İtaliya üçün heç-heçə ənənəsi

ESTAFET/ Bu gün AVRO 2020-nin açılış matçı keçiriləcək. Türkiyə İtaliya ilə üz-üzə gələcək.

Qardaş ölkə təmsilçisi tarixində ilk dəfə qitə çempionatının açılış matçında meydana çıxacaq. İtaliya isə artıq iki belə qarşılaşmada iştirak edib.

Hər iki görüş heç-heçə bitib. Lakin 1968-ci ildəki yarımfinal görüşünün qalibini müəyyənləşdirmək üçün püşk atılıb. 53 il əvvəlki həmin görüş 16 açılış matçı arasında qol vurulmayan yeganə oyundur.

Qeyd edək ki, 1976-cı ildə iki matç eyni vaxtda başlayıb.

Avropa çempionatlarının açılış oyunları
1960: Fransa – Yuqoslaviya – 4:5
1964: İspaniya – Macarıstan – 2:1, ə.v.
1968: İtaliya – SSRİ – 0:0, püşklə İtaliya qalib gəlib
1972: Belçika – AFR – 1:2
1976: Çexoslovakiya – Niderland – 3:1, ə.v.
Yuqoslaviya – AFR – 2:4, ə.v.
1980: Çexoslovakiya – AFR – 0:1
1984: Fransa – Danimarka – 1:0
1988: AFR – İtaliya – 1:1
1992: İsveç – Fransa – 1:1
1996: İngiltərə - İsveçrə - 1:1
2000: Belçika – İsveç – 2:1
2004: Portuqaliya – Yunanıstan – 1:2
2008: İsveçrə - Çexiya – 0:1
2012: Polşa – Yunanıstan – 1:1
2016: Fransa – Rumıniya – 2:1 (apasport.az)

Müəllif: Natiq NƏSİROV