İtaliya Dünya rekordunun 7 addımlığında

ESTAFET/ AVRO 2020-nin açılış oyununda Türkiyəni 3:0 hesabı ilə məğlub edən İtaliya uğurlu seriyalarını davam etdirib. Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 28-ə çatdırıb.
2018-ci ilin sentyabrında Millətlər Liqasının Portuqaliya ilə görüşündə 0:1 hesabı ilə uduzan İtaliya həmin vaxtdan məğlubiyyət nə olduğunu bilmir. Onları öz tarixlərinin rekordundan 2, İspaniyaya məxsus dünya rekordundan 7 matç ayırır.
İtaliya həm də ardıcıl 9-cu quru hesablı qələbəsini qazanıb.
