Azarkeşlər Salahı ən yaxşı seçdilər

ESTAFET/ İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşısı seçilib.

Misirli hücumçu azarkeşlər arasında sorğunun qalibi olub.

Bunu peşəkar futbolçular assosiasiyası açıqlayıb. 28 yaşlı forvard mövsümün ümumilikdə 51 matçında 31 qol vurub.

Qeyd edək ki, Salah Premyer Liqanın bombardirləri yarışında 22 qolla ikinci olub.

Müəllif: Orxan NOVRUZOV