“Qalatasaray”ın yeni prezidenti seçildi

ESTAFET/ Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olub. İstanbul təmsilçisinin yeni rəhbəri dünən keçirilən seçkilərdə müəyyənləşib.

Seçkidə 5 namizəd iştirak edib. "Sarı-qırmızılılar"ın 38-ci prezidenti 5 saat davam edən səsvermədən sonra dəqiqləşib.

Daha çox səs toplayan Burak Elmas “Qalatasaray”ın prezidenti seçilib. O, digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü arxada qoyub.

Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

Müəllif: Orxan NOVRUZOV