İspaniya xal itirdi, Portuqaliya uduzdu - AVRO 2020

ESTAFET/ Futbol üzrə AVRO 2020-nin qrup mərhələsi davam edir. Bu gün baş tutan oyunlarla II tura yekun vurulub.
F qrupunda baş tutan Portuqaliya – Almaniya matçı turnirin ən məhsuldar görüşü olub. 6 qolun vurulduğu matçda Bundestim əzmkar qələbə qazanıb – 4:2.
Turun son görüşü Sevilyada baş tutub. İspaniya millisi Polşa ilə görüşüb. Hərəyə bir qol vuran komandalar meydandan bir xalla ayrılıb.
Qeyd edək ki, bu gün qrup mərhələsinin III turuna start veriləcək.
AVRO-2020
II tur, 19 iyun 2021
F qrupu
20:00. Portuqaliya – Almaniya 2:4
Qollar: Kristiano Ronaldo 15, Diequ Jota 67 : Ruben Dias 35 (avtoqol), Rafael Qerreyro 39 (avtoqol), Kay Haverts 51, Robun Qosens 6
Baş hakim: Antoni Teylor (İngiltərə)
Münhen. “Allyans Arena”
E qrupu
23:00. İspaniya – Polşa 1:1
Qollar: Alvaro Morata 25 : Robert Levandovski 54
Baş hakim: Daniele Orsato (İtaliya)
Sevilya. “La Kartuya” stadionu
