Yarımfinal və final oyunlarının yeri dəyişdirilməyəcək

ESTAFET/ AVRO 2020-nin yarımfinal və final matçlarının Londondakı “Uembli” stadionunda təşkili ilə bağlı heç bir problem yoxdur. Bu haqda UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 11-də keçirilməsi nəzərdə tutulan həlledici qarşılaşma Londondan alınmayacaq: “UEFA İngiltərə Futbol Assosiasiyası və yerli qurumlarla “Uembli”də keçiriləcək yarımfinal və final oyunları üçün sıx çalışır. Bu görüşlərin məkanının dəyişdirilməsi ilə bağlı heç bir planımız yoxdur”.
Qeyd edək ki, İtaliyanın baş naziri Mario Draqi və onun almaniyalı həmkarı Angela Merkel dünən təşkil olunan birgə mətbuat konfransında İngiltərədə koronavirusun yeni növünün yayılması səbəbindən final görüşünün həmin ölkədən alınmasının tərəfdarı olduqlarını açıqlayıblar. (apasport.az)
