“Bütün plan və proyektlərimiz hazırdır”: Burak Elmas
ESTAFET/ “Qalatasaray” yeni prezidenti Burak Elması təqdim edib. Prezidentlik postunda ilk dəfə ictimaiyyət önünə çıxan Elmas fəaliyyətə rəsmən başlayıb.
“Cim-bom”un 38-ci prezidenti hədəflərinin kuboklar qazanmaq olacağını söyləyib: “Seçkilər bitdi, artıq heç kim rəqib deyil. Ötən ilin sentyabrından çalışırıq. Bütün plan və proyektlərimiz hazırdır”.
Qeyd edək ki, “Qalatasaray”a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar seçkilərdə namizədliyini irəli sürməyib.