Əliyeva ABŞ-ı Braziliyaya dəyişdi

ESTAFET/ Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu bəlli olub. 31 yaşlı hücumçu karyerasını Braziliyada davam etdirəcək.
O, “Sesi” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. Tərəflər bir illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Odina ötən mövsümdə ABŞ-ın Pro Liqasında mübarizə aparan “Atletes Unlimited”in şərəfini qoruyub.
