Finalda İtaliyanın rəqibi İngiltərə oldu

ESTAFET/ AVRO 2020-də final matçında üz-üzə gələcək cütlük müəyyənləşib. Bir gün öncə finala çıxan İtaliyanın rəqibi İngiltərə - Danimarka oyununda bəlli olub.
Əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn böyük britaniyalılar həlledici matça yüksəlib. İngiltərə millisi ilə İtaliya arasında qarşılaşma iyulun 11-də baş tutacaq.
Oyun Londondakı “Uembli” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
AVRO 2020
Final
11 iyul 2021
23:00. İtaliya – İngiltərə
London. “Uembli” stadionu
